Rusiya prezidenti və Səudiyyə Ərəbistanının kralı Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti və Səudiyyə Ərəbistanının kralı Suriyadakı vəziyyəti müzakirə ediblər
# 27 oktyabr 2015 03:30 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 26-da Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Əl Səud arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. “Söhbət zamanı siyasi nizamlanma prosesi və oktyabrın 23-də Vyanada Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə xarici işlər idarələrinin iştirakı ilə keçirilən dördtərəfli görüş nəzərə alınmaqla digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”, məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı kralı ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında aparılan danışıqlarda Suriyanın mötədil müxalifətinə dəstəyin artırılması barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR