Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
# 13 oktyabr 2015 12:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Zaur Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zaur Əliyev Cinayət Məcəlləsinin 234.1( qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR