Nuşirəvan Məhərrəmli: “Tam rəqəmsal yayıma keçməyi ilin sonuna qədər həll edəcəyik”

Nuşirəvan Məhərrəmli: “Tam rəqəmsal yayıma keçməyi ilin sonuna qədər həll edəcəyik”
# 08 oktyabr 2015 13:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda tam şəkildə rəqəmsal yayıma keçmək gündəmdədir. Biz çalışacağıq ki, ilin sonuna qədər bu işi həll edək”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, Azərbaycan ərazisi böyük ölçüdə rəqəmsal yayımla əhatə olunub: “Biz rəqəmsal yayıma keçidi artıq həll etmişik. Ancaq söhbət ondan gedir ki, analoq yayım nə vaxt dayandırılacaq? Analoq yayımın davam etməsi ölkənin gücünə bağlıdır. Düzdür, beynəlxalq təşkilatlar bunu istəmirlər. Bizə 2015-ci ilin iyununa kimi vaxt qoymuşdular. Ölkənin 98 faizi rəqəmsal yayımla əhatə olunub. Hətta bu rəqəm qonşu Gürcüstandan da çoxdur”.

MTRŞ sədri qeyd edib ki, analoq yayımın dayandırılması və rəqəmsal yayıma keçid üçün əvvəlcədən ciddi hazırlıq işləri görülməlidir: “Dekoderlər, yəni çeviricilər mağazalarda olmalıdır ki, insanlar həmin çeviricini alsın. Amma burda əsas məsələ sosial cəhətdən imkansız ailələrlə bağlıdır. Məsələn, Azərbaycanda 2 milyon yarım ailə varsa, bu ailələrin böyük bir qismi analoq yayıma müraciət edir. Əgər birdən-birə analoq yayımı dayandırsaq, xeyli sayda insan televiziyaya baxmaq imkanından məhrum olacaq. Hətta əlində vəsait olsa belə, gedib o ötürücüləri mağazalardan tapa bilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR