Bakıda qətl törədən Gürcüstan vətəndaşının şikayəti təmin edilməyib

Bakıda qətl törədən Gürcüstan vətəndaşının şikayəti təmin edilməyib
# 01 aprel 2016 12:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ötən il yanvarın 6-da "Sahil" bağında baş Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR