Putin Ukraynanın Rusiyaya birləşdirilməsinin tərəfdarı olan jurnalistə vətəndaşlıq verib

Putin Ukraynanın Rusiyaya birləşdirilməsinin tərəfdarı olan jurnalistə vətəndaşlıq verib
# 27 yanvar 2016 15:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyaya birləşdirilməsinin tərəfdarı olan tanınmış jurnalist və publisist Anatoli Vassermana Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumat Rusiyanın rəsmi hüquq-informasiya portalında yerləşdirilib.

Qeyd edək ki, A. Vasserman 9 dekabr 1952-ci ildə Ukraynanın Odessa şəhərində dünyaya gəlib. O, 1991-ci ildən jurnalistika fəaliyyəti ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR