İraq və Oman XİN rəhbərləri Tehranda bölgədəki vəziyyəti müzakirə edəcəklər

İraq və Oman XİN rəhbərləri Tehranda bölgədəki vəziyyəti müzakirə edəcəklər
# 05 yanvar 2016 21:33 (UTC +04:00)

Bakı-APA. İraq və Omanın XİN rəhbərləri İbrahim əl Cəfəri və Yusif bin Ələvi yanvarın 6-da İran-Səudiyyə Ərəbistanı münasibətləri daxil olmaqla, bölgədəki vəziyyəti müzakirə etmək üçün Tehrana səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə İran XİN-dən bildirilib.

Məlumata görə, diplomatlar prezident Həsən Ruhani və XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşlər keçirmək niyyətindədirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR