SOCAR Novorossiysk limanından xam neft ixracını 2 dəfədən çox azaldıb

SOCAR Novorossiysk limanından xam neft ixracını 2 dəfədən çox azaldıb
# 01 iyun 2016 16:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin may ayında Novorossiysk limanından 79 963 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 2,12 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 319 499 ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin 5 ayı ilə müqayisədə 2,12 dəfə azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR