İki minədək vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib

İki minədək vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib
# 11 mart 2016 13:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda 2 minə yaxın vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Gəncə, Sabirabad, Tərtər, həmçinin paytaxtın Binəqədi, Xəzər, Suraxanı, Sabunçu rayonlarında səyyar xidmət keçirib.

Keçirilmiş səyyar xidmətlər zamanı Suraxanı rayonunda 36, Xəzər rayonunda 127, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 208, Sabunçu rayonunun Nardaran qəsəbəsində 106, Sabirabad rayonunun bir neçə kəndində 307, Gəncənin Kəpəz və Nizami rayonlarında 852, Tərtər rayonunda isə 350, ümumilikdə 2 minə yaxın vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR