Daha bir yol ötürücüsünün altında yerləşən parklanma ərazisi ləğv olunub

Daha bir yol ötürücüsünün altında yerləşən parklanma ərazisi ləğv olunub
# 10 dekabr 2015 14:35 (UTC +04:00)

Bakı - APA-Economics. Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində nəqliyyat vasitələrinin parklanma yeri kimi istifadə olunmasının qarşısı alınıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, parklanma yeri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaratdığı üçün "Azəryolservis" tərəfindən ləğv edilib.

Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Avtomobil körpüsünün altındakı giriş hissələrə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub.

Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin ( avtomobil körpüləri ) alt hissəsində də davam etdiriləcək.

Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.

Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yol ötürücülərinin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı “Azəryolservis” tərəfindən aidiyyatı üzrə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR