"ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir

"ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir
# 12 noyabr 2015 14:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və regionlarda "ASAN xidmət" mərkəzlərində lisenziyaların verilməsi davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Gəncədəki "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyalar təqdim edilib. Bu lisenziyalar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara verilib.

Lisenziya almış sahibkarlar qeyd edib ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək tədbirləri, lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi sahibkarların fəaliyyətini daha da asanlaşdırır, özəl sektorun inkişafına əlavə stimul verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR