AMEA-nın bəzi institutlarında struktur dəyişiklikləri olub

AMEA-nın bəzi institutlarında struktur dəyişiklikləri olub
# 17 fevral 2016 15:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. AMEA-nın bəzi institutlarında struktur dəyişikliyi edilib. APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin iclasında Fizika İnstitutunda Tətbiqi fizika şöbəsinin yaradılması haqda qərar qəbul edilib.

Digər qərarla Riyaziyyat və Mexanika İnstitutunda və Radiasiya Problemləri İnstitutunda Təhsil şöbələri yaradılıb.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun strukturunda isə qismən dəyişiklik edilib.

İclasda AMEA-nın Naxçıvan və Gəncə Bölmələrinin, Lənkəran və Şəki Regional Elmi Mərkəzlərinin illik hesabatları dinlənilib.

Naxçıvan Bölməsinin akademik-katibi, akademik İsmayıl Hacıyev bildirib ki, ötən il bölmənin 24 əməkdaşı ali məktəblərdə müvafiq ixtisaslar üzrə tədris aparıb: “2015-ci ildə elmi problemə aid 7 mövzu üzrə 86 mərhələdə 32 tədqiqat işi aparılıb. Bunlardan 77 mərhələ üzrə tədqiqatlar tamamlanıb. Bölmədə 1 nəfər elmlər doktorluğu, 5 nəfər fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə edib. 1 fəlsəfə doktorluğu üzrə dissertasiya işi isə müdafiə ərəfəsindədir. Bölmə əməkdaşları tərəfindən ötən il 3 patent alınıb”.

Hesabat müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin ötən ilki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub və AMEA-nın illik hesabatına daxil edilməsi haqqında tapşırıq verilib.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev qeyd edib ki, Gəncənin tarixinə aid 181 ədəd əlyazmanın sürəti, habelə 20 ədəd kitab tədqiq üçün Bölməyə gətirilib.

Rəyasət Heyətinin müvafiq qərarları il AMEA Gəncə Bölməsinin, Lənkəran və Şəki Regional Elmi Mərkəzlərinin illik hesabatları müzakirə olunduqdan sonra qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR