“Dövlət İnformasiya Siyasəti” adlı kitabın təqdimatı keçirilib

“Dövlət İnformasiya Siyasəti” adlı kitabın təqdimatı keçirilib
# 25 may 2016 11:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazovun "Dövlət İnformasiya Siyasəti" adlı kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitab Azərbaycan jurnalistikasına beynəlxalq jurnalistika müstəvisində bir baxışdır: "Kitabda siyasət, dövlət, informasiya təhlükəsizliyi məsələlərinə beynəlxalq jurnalistika prizmasından yanaşılıb ki, bu da bir yenilikdir. Müəllifin fikrinə görə, siyasi modernləşmə Azərbaycanda XX əsrin əvvəlində başlayıb və müxtəlif islahatlar həyata keçirilib. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra siyasi modernləşmə də müvəqqəti dayanıb. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra söz və mətbuat azadlığı sahəsi ilə yanaşı, digər sahələrdə də uğurlara imza atılıb və Azərbaycan modernləşib. Müəllif kitabda digər maraqlı məsələyə - dövlət siyasətinin modernləşməsində KİV-lərin rolu məsələsinə də toxunub”.

Milli Məclisin deputatı Nizami Cəfərov kitabı ciddi elmi-tədqiqat işi kimi qiymətləndirib. Deputat Hikmət Babağolu isə Azərbaycan dövlətinin informasiya siyasətinin öyrənilməsi baxımından kitabın əhəmiyyətinin böyük olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR