Lavrov və Kerri arasında telefon danışığı olub

Lavrov və Kerri arasında telefon danışığı olub
# 28 dekabr 2015 19:38 (UTC +04:00)

Bakı– APA. ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yayılıb.

“Xarici siyasət idarələrinin rəhbərləri Suriyada münaqişənin nizamlanmasına dair məsələləri, Donbasdakı vəziyyət və ikitərəfli münasibətlərə dair müxtəlif məsələləri müzakirə ediblər”, məlumatda deyilir.

Rusiya – ABŞ münasibətlərinə toxunan S.Lavrov bildirib ki, ABŞ-ın rəsmi Moskvaya qarşı sanksiya təzyiqlərinin artırmasının perspektivi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR