Nardaran hadisələrinə görə həbs olunanlardan bəzilərinin həbs müddəti uzadılıb

Nardaran hadisələrinə görə həbs olunanlardan bəzilərinin həbs müddəti uzadılıb
# 04 mart 2016 11:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə APA-ya vəkil Bəxtiyar Hacıyev məlumat verib. O, bildirib ki, Nəsimi rayon Məhkəməsi N. Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin iyulun 3-dək uzadılması barədə qərar qəbul edib. B. Hacıyev bildirib ki, məhkəmə prosesi zamanı hər hansı sübut təqdim edilməyib.

B. Hacıyevin sözlərinə görə, N. Qəhrəmanov Nardaran hadisələrindən iki gün sonra saxlanılıb, özünü günahkar hesab etmir.

B. Hacıyev Nardaran Hadisələri ilə bağlı saxlanılan daha bir neçə nəfərin də həbs müddətinin uzadıldığını deyib.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR