XİN: Somalidə Türkiyə və Azərbaycan vətəndaşları öldürülüb

XİN: Somalidə Türkiyə və Azərbaycan vətəndaşları öldürülüb
# 31 mart 2016 01:14 (UTC +04:00)

Bakı-APA. Somalinin paytaxtı Moqodişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə, Azərbaycan vətəndaşları və yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.

APA-nın “Anadolu”-ya istinadən verdiyi məlumata görə, nəticədə 1 Türkiyə, 1 Azərbaycan və 1 Somali vətəndaşı öldürülüb.

Hadisə nəticəsində xəsarət alanlar var, onların dəqiq sayı məlum deyil. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Faktı təsdiqləyən Türkiyə XİN bəyanat yayıb. "Bu gün axşam saatlarında Somalinin paytaxtı Mogadişoda vətəndaşlarımızın da içində olduğu nəqliyyat vasitəsi silahlı hücuma məruz qalıb. Nəticədə bir vətəndaşımızın yanında 1 Azərbaycan və 1 Somali vətəndaşı həyatını itirib, bir neçə vətəndaşımız isə yaralanıb. Biz bu terror aktını qətiyyətlə pisləyirik. Xəsarət alan Türkiyə vətəndaşları ölkənin Somalidəki səfirliyinin nəzarəti altındadır. Ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", bəyanatda deyilir.

Qeyd edək ki, “Sinxua” agentliyi hadisə nəticəsində 4 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını, insidentin Türkiyə səfirliyi yaxında baş verdiyini bildirib.

“Reuters” agentliyi isə ölənlərin sayının 6-ya çatdığı barədə məlumat yayıb. Məlumata görə, hücumun "Əş Şəbab" terrorçu qruplaşması tərəfindən törədildiyi güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR