Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Sentyabr
# 30 sentyabr 2016 18:22 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

ABŞ şist neftindən bazara müdaxilə məqsədilə istifadə edir. Bu alətin Vaşinqtonun əlindən almağın tək yolu var. OPEK ölkələri gündəlik ümumi hasilatı ən az 2 milyon barel azaltmalıdır. 2 milyon barel neft təxminən 100 milyon dollar edir. Hasilat bu qədər azalarsa, nəzəri baxımdan OPEK üzvlərinə ayda 3 milyard dollar zərər dəyə bilər. Amma hasilatın azaldılması qiymətlərin artımına təsir göstərəcək, neft ən azı 10 dollar bahalaşacaq və kartel üzvləri faktiki zərər etməyəcəklər. Amma xeyirləri də olmayacaq, gəlirləri əvvəlki səviyyədə qalacaq. Bu prosesdən qazanclı çıxan tərəf şist nefti satan ABŞ olacaq. Ortaya sual çıxır: “Hasilatı azaldıb elə indiki səviyyədə qazanc götürüləcəksə, o zaman OPEK üzvləri niyə hasilatı azaltmalıdır?” Üstəlik burada bazar payını itirmək riski də var. Deməli, ya kartel neft hasilatını ciddi şəkildə azaldaraq qiymətlərin heç olmasa 70-80 dollar səviyyəsinə qalxmasına nail olmalı, ya da hasilatı azaltmaq təşəbbüsündən əl çəkməlidir. Real mənzərə budur, bu səbəbdən OPEK-in Vyana toplantısında hansısa qərarın qəbulu, hətta qəbul olunarsa belə, işləyəcəyi real görünmür.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR