İƏT: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir

İƏT: Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir
# 04 aprel 2016 00:48 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz azad etməlidirlər.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəninin bəyanatında deyilir.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Dağlıq Qarabağda baş verənləri dərin narahatlıqla izlədiyini bildirib: “BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilmir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR