Rəsmi Tehran ABŞ-ın haker hücumu iddiasına cavab verib

Rəsmi Tehran ABŞ-ın haker hücumu iddiasına cavab verib
# 26 mart 2016 10:40 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. “İran həmişə haker hücumlarının qurbanı olub. Lakin bu qanunsuz hücumlara analoji addımlarla cavab verməyib”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari ABŞ-da 7 iranlı haker barəsində cinayət işi açılması xəbərlərinə münasibət bildirərkən deyib.

H. Ənsari qeyd edib ki, İran dünyada haker hücumlarının qarşısının alınması üçün effektiv sistemin olmamasını ciddi nöqsan kimi dəyərləndirir: “Təəssüflər olsun ki, bəzi ölkələrin hakerlərlə bağlı mövqeyi konstruktiv deyil və beynəlxalq normalara ziddir. İran məsuliyyətini dərk edən və Qoşulmama Hərəkatının sədri kimi həmişə haker hücumlarının qarşısının alınması mexanizminin hazırlanmasında təkid edib. Bütün ölkələri, xüsusi ilə ərəb ölkələrini bu kimi qanunsuz hücumlarla mübarizəyə çağırırıq. Haker hücumu edən ölkələrdən isə istəyirik ki, dağıdıcı əməllərindən əl çəksinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR