Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq
# 26 dekabr 2015 08:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən 2016-cı il yanvarın 5-dən məntəqə seçki komissiyaları səviyyəsində seçici siyahılarının dəqiqləşdirilməsinə başlanacaq.

Məntəqə seçki komissiyaları fevralın 5-dək seçici siyahılarının dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim etməlidirlər.

Dairələr üzrə dəqiqləşdirilmiş ilkin seçki siyahıları ən geci aprelin 5-dək MSK-ya təqdim ediləcək. MSK da həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar etdikdə, onların dəqiqləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiqlənmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses mayın sonuna qədər başa çatacaq. Mayın sonunda Azərbaycanda seçicilərin sayı açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR