SOCAR: AÇG-nin gələcək işlənməsini nəzərdə tutan yeni saziş mövcud tərəfdaşlarla bağlanacaq

SOCAR: AÇG-nin gələcək işlənməsini nəzərdə tutan yeni saziş mövcud tərəfdaşlarla bağlanacaq
# 05 oktyabr 2015 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi layihəsinin tərəfdaşları - BP, "Statoil", "Exxon Mobil", "Shevron", "İtochu", İNPEX, TPAO, "ONCL Videsh" şirkətlərinin təmsilçiləri ilə SOCAR və Azərbaycan Dövlət Neft Fondunun rəhbərliyinin görüşü keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə “Azəri”, Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə dair 1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) tarixə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olunduğu qeyd edilib, bu hadisənin regional və qlobal əhəmiyyəti vurğulanıb. HPBS üzrə uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə edən görüş iştirakçıları layihənin indiki və gələcəkdə mümkün inkişafı haqqında ətraflı fikir mübadiləsi aparıblar.

Mətnin xülasəsi
BP və digər görüş iştirakçıları SOCAR-ın etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıblar

BP və tərəfdaş şirkətlərin nümayəndələri Azərbaycanda xarici investisiyaların təşviqi və qorunması üçün sabit şəraitin yaradıldığını yüksək qiymətləndirib, mövcud əlverişli biznes mühitinin enerji layihələrinin inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, tərəfdaşlar gələcək fəaliyyət planlarında bunu məmnuniyyətlə nəzərə alırlar. Layihənin operatoru olan BP və görüşdə təmsil edilən digər xarici şirkətlərin nümayəndələri SOCAR-la uzunmüddətli əməkdaşlıq təcrübəsinin effektivliyini və onun etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıblar.

Görüşdə qeyd olunub ki, BP və tərəfdaşlarla SOCAR arasında AÇG layihəsinin gələcək inkişafı üzrə uzunmüddətli texniki müzakirələr aparılıb. Müzakirələrin gedişində “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” yataqlarının hələ də böyük potensiala malik olduğu müəyyən edilib. Aparılmış müzakirələrdə həmçinin yataqlar blokundakı resursların mövcud HPBS müddətindən sonrakı dövrlərdə birgə işlənməsinin effektivliyi məsələsi də araşdırılıb.

Görüşdə AÇG yataqları üzrə gələcək işlənməni nəzərdə tutan sazişin mövcud tərəfdaşlarla bağlanılmasının mümkünlüyü qeyd edilib və SOCAR-ın mövcud tərəfdaşlarla yeni saziş bağlamaq niyyəti bəyan olunub. Bu niyyət BP və digər tərəfdaş şirkətlərin təmsilçiləri tərəfindən məmnuniyyətlə qarşılanıb.

Tərəflər gələcəkdə atılacaq addımların koordinasiya olunması barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR