Bakı. Şəhriyar Əlizadə - APA. Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və Maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasna dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DSMF-nin əməkdaşları barəsində cinayət işi başlanılıb
23 fevral 2016 13:08 (UTC +04:00)
Hadisə
Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib
11:42
6 may 2024
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
11:34
6 may 2024
DİN: Ötən ay 6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb
11:29
6 may 2024
Şəmkirdə toyda qətl törətməyə cəhdə görə tutulan yeniyetmənin məhkəməsi başlayır
11:26
6 may 2024