Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
# 21 sentyabr 2016 16:09 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2016-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

APA-nın MM-in saytına istinadən verdiyi xəbərə görə, komitə sədri Aqiyə Naxçıvanlı əvvəlcə cari ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə danışıb. Sonra o, komitədə 2016-cı il payız sessiyası ərzində görüləcək işlərdən söhbət açıb.

A. Naxçıvanlı bildirib ki, komitə üzvləri bu müddətdə “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi üzərində işləyəcək, bir sıra qanunlara dəyişiklikləri müzakirə edəcəklər. Komitənin təşkilatçılığı ilə aidiyyəti qurumlarla birlikdə yerli və beynəlxalq tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Deputatlar 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin fəaliyyətini və payız sessiyasının iş planını müsbət dəyərləndirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR