Stefan Şennakın Azərbaycana səfərinin yekunlarına dair sənəd yayılıb

Stefan Şennakın Azərbaycana səfərinin yekunlarına dair sənəd yayılıb
# 12 aprel 2016 17:11 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətin gərginləşməsi və mülki şəxslər arasında itkilər daxil olmaqla, ölüm hallarının artmasından dərin narahatlığını ifadə edib.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, bu barədə S. Şennakın 6-8 aprel tarixlərində Azərbaycana 3 günlük faktaraşdırıcı səfərinin yekunlarına dair sənəddə deyilir.

S. Şennak atəşkəs qərarını alqışladığını və danışıqların bərpasının vacib olduğunu bildirib.

Qeyd olunub ki, həmməruzəçinin Azərbaycan prezidenti ilə konstruktiv görüşü olub və o, martın əvvəlində insan haqları müdafiəçiləri, siyasi fəalların azad edilməsi qərarının müsbət addım olduğunu vurğulayıb. S. Şennak hazırda həbsdə saxlanılan fəalların işi ilə bağlı hakimiyyət nümayəndələri ilə müzakirələr apardığını və ölkədəki son hadisələrin həbsdə olanların azadlığa buraxılacağına ümid verdiyini bildirib.

Azərbaycanda müstəqil media, QHT-lərin işinin asanlaşdırılması və qanunvericilik bazasının Avropa Şurası standartlarına uyğunlaşdırılması kimi məsələlər müzakirə edildiyini də vurğulanıb.

S. Şennakın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüyü də qeyd edilib: “Görüşlər zamanı hakimiyyət nümayəndələri məni əmin etdilər ki, Avropa Şurası qarşısındakı öhdəliklərinə sadiqdir. Mənə bu sahədəki islahatlarla bağlı məlumat verildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR