Türkiyə vətəndaşı Azərbaycanda yol-nəqliyyat hadisəsi törədib, ölən var

Türkiyə vətəndaşı Azərbaycanda yol-nəqliyyat hadisəsi törədib, ölən var
# 03 iyun 2016 10:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Türkiyə vətəndaşı Azərbaycanda yol-nəqliyyat hadisəsi törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 2-də saat Qazax rayonunun 2-ci Şıxlı kəndində Gürcüstan vətəndaşı Alı Abbasovun idarə etdiyi “Opel” və Türkiyə vətəndaşı Oskay Hasanın idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə A. Abbasovun sərnişini, Tovuz rayon sakini Rəna Məmmədova hadisə yerində ölüb, özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR