Braziliyada nümayişçilər və polis arasında toqquşmalar baş verib

Braziliyada nümayişçilər və polis arasında toqquşmalar baş verib
# 09 yanvar 2016 02:27 (UTC +04:00)

Bakı-APA. Braziliyada baş verən kütləvi etiraz aksiyalar zamanı nümayişçilər və polis arasında toqquşmalar baş verib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ictimai nəqliyyatda gediş haqqının bahalaşmasına qarşı nümayişlər ölkənin ən iri şəhəri San-Paulu daxil olmaqla, bir çox şəhərlərdə keçirilib.

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşqalaq ediblər. Asayiş keşikçiləri isə cavab olaraq onlara qarşı səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, 3 il əvvəl də nəqliyyat tariflərinin artması Braziliyada kütləvi etirazlara səbəb olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR