"Azərsun Holdinq” Almaniyada filial açıb

"Azərsun Holdinq” Almaniyada filial açıb
# 26 aprel 2016 08:42 (UTC +04:00)

Bakı - APA-Economics. “Azərsun Holdinq” Almaniyada filial açıb.

Bu barədə “APA-Economics”ə açıqlamasında “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.

A. Gözəlin sözlərinə görə, filial holdinqin istehsal etdiyi məhsulların yerli bazara çıxarılması ilə məşğul olacaq. “Almaniya bazarı Rusiya və Qazaxıstan bazarından daha sabitdir. Burada əsas amil yerli valyutanın məzənnəsinin sabit olmasıdır. Bildiyimiz kimi, rubl və təngə dollara qarşı qeyri-sabitlik nümayiş etdirir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, holdinqin istehsal etdiyi məhsulların yeni bazarda möhkəmlənməsi bir qədər vaxt apara bilər: “Məhsullarımızın tananması bir qədər vaxt apara bilər. Bundan başqa, ilkin mərhələdə biz zərərlə üzləşə bilərik. Bu, normaldır. Lakin əsas olan nəticədir. İnanırıq ki, nəticə müsbət olacaq və nəticədə Azərbaycan məhsulları ölkə xaricində kifayət qədər tanınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR