Sumqayıtda iki nəfər bıçaqlanıb

Sumqayıtda iki nəfər bıçaqlanıb
# 11 noyabr 2015 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda adam bıçaqlayan şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-da Şahin Əliyevə bıçaqla xəsarət yetirmiş Mürsəl Quliyev və noyabrın 6-da Rahib Abdullayevə bıçaqla xəsarət yetirmiş Zaman Məmmədov tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR