“Nar” yeni “Gigabyte+” internet paketini təqdim edib

“Nar” yeni “Gigabyte+” internet paketini təqdim edib
# 20 oktyabr 2015 08:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” yeni “Gigabyte+” internet paketini təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, öncədən ödənişli “Nar” data-nömrəsi, 1 GB gündüz və 1 GB gecə internet trafikinin daxil olduğu bu paket sayəsində abunəçilər yüksəksürətli internetdən sərfəli qiymətə istifadə edə biləcəklər. Qiyməti cəmi 5 AZN təşkil edən paket çərçivəsində təqdim olunan trafik 30 gün müddətində aktivdir.

İnternet trafikin balansını yoxlamaq üçün *777#22#YES şifrəsini yığmaq kifayətdir. “Gigabyte+” internet paketi ilə təqdim olunan trafik bitdikdən sonra, istənilən “Turbo” və ya “Limitsiz” paketini sifariş edərək yüksəksürətli internetə sərfəli qiymətlərlə qoşulmaq mümkündür.

“Gigabyte+” internet paketini bütün “Nar” mağazalarından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR