Bakıda “Yaşıl dağ” aksiyası keçirilib

Bakıda “Yaşıl dağ” aksiyası keçirilib
# 14 may 2016 11:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “Yaşıl dağ” sosial aksiyası keçirilib.

APA-nın xəbərinə görə, tədbir IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantılarının toplanmasına həsr olunan “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində baş tutub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, “Yaşıl dağ” sosial aksiyası indiyədək Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb.

IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov isə qeyd edib ki, təşkilat tərəfindən son 5 ildə 5 milyondan çox ağac əkilib.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil nazirinin müavini Firudin Qurbanov və başqaları tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Aksiyada fəal iştirak edən vətəndaşlara 600-ə yaxın şam ağacları paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR