Kürdəmir sakini evində ölü tapılıb

Kürdəmir sakini evində ölü tapılıb
# 02 yanvar 2016 07:55 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayon sakini evində ölü tapılıb. APA-nın yerli bürosunun xəbərinə görə, dünən axşam saatlarında rayon sakini Əhmədov Əlvan Mansur oğlunun meyiti evində aşkarlanıb.

Məlumata görə, evdə tək yaşayan Ə. Əhmədovun 2-3 gün əvvəl öldüyü məlum olub. Onun meyiti qonşuları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR