İcraçı direktor: "ARDNF "Brexit"dən zərər görməyib"

İcraçı direktor: "ARDNF "Brexit"dən zərər görməyib"
# 12 iyul 2016 11:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) funt sterlinqə investisiyaları dəyişməz olaraq qalıb. Bunu "APA-Economics"ə açıqlamasında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, fond "Brexit"dən zərər görməyib: "Bizim investisiya portfelimizdə funt sterlinqin payı dəyişməz qalıb. Ümumi portfelimizin 5%-nin funt sterlinqə yatırılmasının əsas səbəbi diversifikasiyadır ki, biz buna böyük önəm veririk. Biz vəsaitimizi müxtəlif valyutalarda ona görə saxlayırıq ki, baş verən dəyişkənliklər portfelə ciddi təsir etməsin. Çox adam deyir ki, funt sterlinq dəyərdən düşüb. Amma məsələnin başqa tərəfi də var axı: funt sterlinq dəyərdən düşübsə, deməli başqa valyutanın dəyəri artıb. Başqa valyuta deyəndə biz dolları nəzərdə tuturuq. Bizim isə portfelimizin 50%-i dollardadır. Deməli, portfelimizin 50%-i dəyər qazanıb. Buna görə, biz nisbi valyuta dəyişkənliyini nəzərə almırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR