ETSN: Avtovağzalda bərkitmə işləri tamamlandıqdan sonra monitorinq bərpa olunacaq

ETSN: Avtovağzalda bərkitmə işləri tamamlandıqdan sonra monitorinq bərpa olunacaq
# 02 fevral 2016 10:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri görüldüyündən hələlik ərazidə monitorinq aparmaq mümkün deyil”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, bərpa-gücləndirmə işləri tamamlandıqdan sonra ərazidə monitorinq işləri bərpa olunacaq: “Monitorinq aparmaq üçün gərək ərazidə stabillik olsun. Bəzən zərbə qüvvəsi olur, onların təsirindən titrəyiş baş verir. Titrəyiş nəticəsində isə boş torpaqda aralanmalar əmələ gəlir. Bu, təbiidir”.

Ə. Qaralov qeyd edib ki, istinad divarları bərkidildikdən sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt avtomobil yolunun 1-ci kilometrliyində asfalt yenilənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR