Karasin: "Rusiya və Gürcüstan viza rejiminin ləğvi istiqamətində işləyir"

Karasin: "Rusiya və Gürcüstan viza rejiminin ləğvi istiqamətində işləyir"
# 19 fevral 2016 12:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya və Gürcüstan viza rejiminin ləğvi istiqamətində işləyir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavinin Qriqori Karasin deyib. O bildirib ki, hazırda Moskva və Tiflis viza rejiminin liberallaşdırılması prosesindədir: “Biz 2015-ci ilin 23 dekabrından Rusiyaya dəvətlə gələn Gürcüstan vətəndaşları üçün kateqoriyaları kifayət qədər genişləndirmişik. Faktiki olaraq, bu sahədə hər hansı məhdudiyyət qalmayıb. İndi istənilən Rusiya vətəndaşı dəvətini rəsmiləşdirərək istənilən Gürcüstan vətəndaşını Rusiyaya dəvət edə bilər. Daha əvvəl isə bu yox idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR