Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib
# 29 yanvar 2016 12:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan dövlət qulluqçuları ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nazirliyin Aparatının rəhbəri Əjdər Cəbiyev ölkəmizdə dövlət qulluğu sahəsində mükəmməl qanunvericilik bazasının olduğu diqqətə çatdıraraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə kadrların qəbulu prosesini dövlət qulluğu haqqında qanunvericiliyin prinsipləri əsasında həyata keçirir. Nazirlik bu sahədə fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində təşkil edir.

Ötən müddətdə nazirliyin sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə həmin komissiyanın keçirdiyi müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər işə qəbul olunub. Həmin kadrlar öz vəzifələrini tələb olunan səviyyədə yerinə yetirir, nazirliyin işgüzar ruhuna uyğun fəaliyyət göstərirlər. Bu istiqamətdə tədbirlərin davamı olaraq, komissiyanın müsabiqə və müsahibələrindən uğurla keçmiş daha 45 nəfər ƏƏSMN sistemində müvafiq inzibati vəzifələrə işə qəbul ediliblər.

Qeyd olunub ki, son illərdə əmək və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya işinin təşkili, eləcə də nazirliyin digər fəaliyyət sahələrində əhaliyə xidmətin təkmilləşdirilməsi, müasir və şəffaf xidmətlər sisteminin qurulması yönündə mühüm islahatlar aparılır. Yeni işə qəbul olunan kadrlar bu islahat proseslərində daim fəal iştirak etməli, bu proseslərə öz töhfələrini verməyə çalışmalı, dövlət qulluğu sistemində çalışmağın şərəfini daim yüksək tutmalıdırlar.

Görüşdə yeni işə qəbul olunan kadrlar dövlət qulluğunda işə qəbul olunmaları prosesinin şəffaf və obyektiv şəkildə aparıldığını vurğulayıb, onlara göstərilən inam və etimadı həmişə uğurlu fəaliyyətləri, əhaliyə layiqli səviyyədə xidmət göstərmələri ilə doğruldacaqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR