Bakıda maşından yıxılan şəxs ölüb

Bakıda maşından yıxılan şəxs ölüb
# 11 dekabr 2015 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda maşından yıxılan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Kürdəmir rayon sakini Şəmistan Fərmanlı “KamAZ” markalı avtomobildən tərəvəz boşaldarkən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Ş.Fərmanlı dekabrın 9-da orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR