Belorusun Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir

Belorusun Azərbaycandakı səfirliyində parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir
# 11 sentyabr 2016 14:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Belorusun Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsində bu ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafı, Parlamentarizm və üzv dövlətlərin vətəndaşlarının seçki hüquqlarına riayət edilməsi Beynəlxalq Monitorinq İnstitutunun Bakı filialından APA-ya verilən məlumata görə, bu İnstitutun Belarus Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçmiş əməkdaşları səfirlikdə səsverməni müşahidə edirlər.

Saat 14:00-a qədər seçkinin nəticələrinə təsir göstərən pozuntu halı qeydə alınmayıb. Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR