Azərbaycanın rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacaq

Azərbaycanın rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacaq
# 28 dekabr 2015 09:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Dekabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə Abşeron yarımadasında 4-6, gündüz 10-15, Bakıda 4-6, gündüz 12-14 dərəcə isti olacaq.

Dekabrın 29-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq, bəzi şərq rayonlarda yağıntılı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR