"Expressbank" "SmileCard"la güldürək" adlı müsabiqə keçirir

"Expressbank" "SmileCard"la güldürək" adlı müsabiqə keçirir
# 19 oktyabr 2015 08:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” “SmileCard”ın Facebook səhifəsində istifadəçilər arasında “SmileCard”la güldürək” adlı müsabiqə keçirir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müsabiqənin şərtlərinə görə, pktyabrın 19-dan başlayaraq “SmileCard”ın Facebook səhifəsində qeyd olunan müsabiqə fotosunun altında (https://www.facebook.com/SmilecardTaksit/photos/a.745524902229103.1073741828.745109112270682/878181888963403/?type=3&theater) lətifə yarışı keçiriləcək.

Müsabiqənin qalibi son lətifəni qeyd edən istifadəçi olacaq və 50 manat qazanacaq. Amma son lətifədən minimum 10 saat əvvəl, digər istifadəçilər tərəfindən başqa lətifə qeyd olunmamalıdır.

Bundan başqa müsabiqənin sonunda “Expressbank” tərəfindən ən gülməli hesab edilən lətifənin sahibi də 50 manat qazanacaq. Qeyd edək ki, lətifələr Azərbaycan dilində olmalı və yazılarkən etik normalara riayət edilməlidir.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR