Ali Məhkəmə “NİDA”-çıların şikayətini təmin etməyib

Ali Məhkəmə “NİDA”-çıların şikayətini təmin etməyib
# 15 oktyabr 2015 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə “NİDA” Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Zaur Qurbanlı, Rəşadət Axundov və Məmmədov Əzizovun barəsində olan hökmdən verilən kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Bu barədə APA-ya məlumat verən vəkil Fariz Namazlı bildirib ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən iclasda şikayətin təmin olunmaması barədə qərar çıxarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən apellyasiya şikayəti verilsə də məhkəmə şikayətləri təmin etməyib.

Şahin Novruzlu, Üzeyir Məmmədli və Rəşad Həsənovun kassasiya şikayətlərinə iyun ayında baxılıb və təmin olunmayıb. Həmin vaxt İlkin Rüstəmzadə, Zaur Qurbanlı, Rəşadət Axundov və Məmmədov Əzizovun barəsində olan hökmdən kassasiya şikayəti verilməyib.


B. Quliyev, Ş. Novruzlu, Ü. Məmmədli və Z. Qurbanlı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR