Sumqayıtda qətl törədən şəxs məcburi müalicəyə göndərilib

Sumqayıtda qətl törədən şəxs məcburi müalicəyə göndərilib
# 30 mart 2016 13:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bəhruz Babaverdiyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B.Babaverdiyev məcburi müalicəyə göndərilib. Məhkəmə onun qətli törədən zaman anlaqsız olmasına dair qərar verib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin oktyabr ayında Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəyib. S.Ağayev xəstəxanaya aparılarkən yolda ölüb.

B.Babaverdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR