Lənkəranda 2 hektar ərazidə kol-kos yanıb

Lənkəranda  2 hektar ərazidə kol-kos yanıb
# 29 avqust 2016 16:40 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran rayonunda yanğın baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Ləj və Yuxarı Nüvədi kəndlərini əhatə edən 2 hektar ərazidə quru kol-kos yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsininin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun genişlənməsinin qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR