Elman Rüstəmov: "İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq"

Elman Rüstəmov: "İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq"
# 13 oktyabr 2015 11:03 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hesabat dövründə əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyərək 2,1% artıb.

"İlin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4% səviyyəsində) reallaşmasına dəstək verəcək", - deyə E. Rüstəmov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR