Kiyevdə Rusiya səfirliyinin avtomobili qəzaya uğrayıb

Kiyevdə Rusiya səfirliyinin avtomobili qəzaya uğrayıb
# 06 iyul 2016 09:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ötən gün Ukraynanın paytaxtı Kiyevdə Rusiya səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Kiyevin Sevastopol meydanında Rusiya səfirliyinə məxsus “Volkswagen” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki avtomobil yüngül zədə alıb.

Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR