Respublikanın 13 rayonunda qaz təchizatı məhdudlaşdırılıb

Respublikanın 13 rayonunda qaz təchizatı məhdudlaşdırılıb
# 24 fevral 2016 06:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhəri Sabunçu, Xəzər, Xətai, Nizami, həmçinin Şəki, Gədəbəy, Xudat, Ağcabədi, Sabirabad, Hacıqabul, İmişli, Neftçala və Saatlı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin yerinin dəyişdirilməsi, qaz xətləri üzərində quraşdırılmış siyirtmələrin araqatlarının yenilənməsi, diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yeraltı keçid sahələrində korroziyaya uğramış hissələrin yenisi ilə əvəzlənməsi, çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 24-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu, Xəzər, Xətai, Nizami, eləcə də Şəki, Gədəbəy, Xudat, Ağcabədi, Sabirabad, Hacıqabul, İmişli, Neftçala və Saatlı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR