Türkiyədə hərbçilərə hücum olub, 1 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə hərbçilərə hücum olub, 1 nəfər ölüb, 25 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 12 aprel 2016 02:31 (UTC +04:00)

Bakı-APA. Diyarbəkir vilayətinin Hani rayonunda PKK qruplaşmasının üzvlərinin minalanmış avtomobili partlatması nəticəsində 1 hərbçi ölüb, 25 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.

“Milliyet” qəzetinin xəbərinə görə, yaralılar arasında hərbçilərin ailə üzvləri, qadınlar və uşaqlar da var.

Güclü partlayış nəticəsində hərbçilərin yaşadığı binaya ciddi ziyan dəyib. Yaralılar Hani Dövlət Xəstəxanasında edilən ilk müdaxilələrinin ardından helokopter və təcili yardım avtomobilləri ilə Diyarbəkır hərbi hospitalına göndəriliblər.

Hadisə yerində xilasetmə işləri, ərazidə müvafiq axtarış əməliyyatı davam etdirilir.

***

01:41

Bakı-APA. Diyarbəkir vilayətinin Hani rayonunda PKK qruplaşmasının üzvləri minalanmış avtomobili partladıblar.

Bu barədə APA "Anadolu" agentliyinə istinadən xəbər verir.

Hücum nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili-tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hücumda yaralanan əsgərlər hərbi hospitala göndəriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR