Bakıda sərxoş sürücü qəza törədib, ölən və yaralanan var

Bakıda sərxoş sürücü qəza törədib, ölən və yaralanan var
# 14 sentyabr 2015 09:03 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 13-də saat 02:35 radələrində Salyan şossesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Musa Həsənov sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında dayanan Ağdam rayon sakini, 1961-ci il təvəllüdlü Gürşad Balakişiyevə məxsus QAZ-24 markalı avtomobilə vurub.

Nəticədə VAZ-2107 markalı avtomobilin sərnişini olan qadın hadisə yerində ölüb, M. Həsənov isə xəstəxanaya yerləşdirilib.


Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR