Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin çağırışına münasibət bildirib

Azərbaycan Müdafiə Nazirliyi Anjey Kasprşikin çağırışına münasibət bildirib
# 18 mart 2016 16:34 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan daim sülhsevər siyasət yeritməklə, qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır:

“Münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla, torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır. Cənab Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə, Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və adekvat addımların atılmasını da ATƏT-in qarşı tərəfdən tələb etməsini gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR