Yanvar-sentyabr ayları ərzində AÇG üzrə hasilatın həcmi açıqlanıb

Yanvar-sentyabr ayları ərzində AÇG üzrə hasilatın həcmi açıqlanıb
# 30 noyabr 2015 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda stabil hasilat davam edib.


Yatağın əməliyyat operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində AÇG-dən ümumi hasilat - “Çıraq” (54 000), “Mərkəzi Azəri” (156 000), “Qərbi Azəri” (110 000), “Şərqi Azəri” (72 000), “Dərinsulu Günəşli” (141 000) və “Qərbi Çıraq” (107 000) platformalarından birlikdə - gündə orta hesabla 640 000 barel və ya ümumilikdə 175 mln. barel, yəni 24 mln. ton təşkil edib.

Noyabr ayının 1-ə AÇG-də ümumilikdə 88 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda olub.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR