Amerika Azərbaycanlıları Şəbəkəsi Ağ Evin qarşısında etiraz aksiyası keçirib

Amerika Azərbaycanlıları Şəbəkəsi Ağ Evin qarşısında etiraz aksiyası keçirib
# 08 aprel 2016 10:05 (UTC +04:00)

Bakı – APA. Vaşinqtonda yaşayan azərbaycanlılar son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Ermənistan dövlətinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirib. Mitinqdə Azərbaycan diaspor nümayəndələri ilə yanaşı, Türkiyə diasporunun da üzvləri iştirak edib.

Diasporla iş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları əllərində Azərbaycan və ABŞ bayraqları tutmaqla yanaşı, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Erməni, Azərbaycan torpaqlarını tərk et!”, “ Ermənistan etnik təmizləmədə günahkardır!” kimi şüarlar səsləndiriblər.

Çıxış edən aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb, Ermənistan tərəfindən atəşə məruz qalan dinc sakinlərin tələfatı və əmlaklarına dəyən ziyanla müşayiət olunan hadisələrdən narahatlıq ifadə ediblər. Aksiyada iştirak edən Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov çıxışında bildirib ki, bu gün Azərbaycan diasporu erməni lobbisindən daha fəaldır və müxtəlif ölkələrdə yaşamasından asılı olmayaraq, hər zaman birlik nümayiş etdirir.


Çıxışçılar Ermənistan dövlətindən təcavüzkarlıq siyasətindən əl çəkməyi, işğal etdikləri torpaqları geri qaytarmağı tələb ediblər. Onlar Ermənistanın BMT-nin müvafiq qətnamələrini yerinə yetirməsi üçün dünya ictimaiyyətini işğalçı dövlətə təzyiq göstərməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR