ABŞ Dövlət Departamenti: Suriyaya dair çoxtərəfli görüşün detalları və iştirakçıları ilə bağlı müzakirələr aparılır

ABŞ Dövlət Departamenti: Suriyaya dair çoxtərəfli görüşün detalları və iştirakçıları ilə bağlı müzakirələr aparılır
# 21 oktyabr 2015 01:52 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bidirib.

Onun sözlərinə görə, Amerika tərəfi görüşün çoxtərəfli formatda keçiriləcəyini gözləyir.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bundan əvvəl yaxın zamanda Rusiyanın XİN rəhbəri Sergey Lavrov və “digər maraqlı tərəflər”lə Suriya probleminin müzakirə olunacağını gözlədiyini bildirib.

Rusiya XİN-i bundan əvvəl həmçinin ABŞ ilə Suriyaya dair görüşə hazırlıq işlərinin aparıldığını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR